“Araz”ın rəqibləri bilinib

İsveçrənin Nyon şəhərində futzal üzrə çempionlar liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), “E” və “F”-in qalibi ilə 8-ci qrupda mübarizə aparacaq.
Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək. “E” qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), “F” qrupunda “Hovocobo” (Niderland), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq.
İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.

Həmin kateqoriyadan