“Araz”ın UEFA kubokunda növbəti qələbəsi

Bu gün Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində 2-ci oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz Makedoniya paytaxtı Skopyedə Boris Traykovski adına İdman Mərkəzində Kosovonın “Feniks” klubu ilə qarşılaşıb.

Naxçıvan komandası bu matçdan da qalib ayrılıb. Qələbə üçün yalnız 1 qol yetərli olub. Nəticədə, “Araz” xallarının sayını 6-ya çatdırıraq, qrup liderliyini davam etdirir. Ötən ötən təmsilçimiz Gürcüstanın “Tiflis Dövlət Universiteti”ni 7:1 hesablı ilə üstələmişdi.

Həmin kateqoriyadan