Arif Əsədov PFL-i sərt ittiham etdi!

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Hiss olunur ki, fasilədən sonra komandada müəyyən problemlər var. Bu oyunu tez bir zamanda unudub növbəti görüşlərə hazırlaşmalıyıq. Bu oyuna qədər ilk pillədə idik. Bilirdik ki, “Simurq” bizə qarşı ikiqat güclə oynacaq.

Bizim qapımıza ardıcıl oyunlarda penaltilər verilir. Bu gün iki penalti verildi. Az qalmışdı ki, hakim özü də penalti vursun. Əlavə edim ki, “Simurq”un qapanacağını bilirdik. Qol buraxdıqdan sonra, futbolçularımda gərginlik yarandı. Bu da nəticəyə təsir etdi”.

Həmin kateqoriyadan