Arif Əsədov zədəlilərdən danışdı

Premyer liqanın VIII turunun açılış oyununda “Sumqayıt” komandası“Neftçi”ni qəbul etdi. Allsport.az saytı xəbər verir ki, qonaqların 1:0 hesabı ilə qalib gəldiyi matçda baş məşqçi Arif Əsədov bunları deyib:

“Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt” ikinci hissədə  təzyiqi artırdı. Amma biz dəyişikliklər edib,  matçı yenə nəzarətə götürdük.

Flavinyo zədədən yeni qayıdıb.  Biz oyundan öncə də ona bilirdik ki, yalnız bir hissə oynayacaq. Araz Abdullayevin  əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.

Həmin kateqoriyadan