Arif Daşdəmirov “kimyaçılar”la 1-illik anlaşıb

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. Allsport.az saytı xəbər verir ki, son mövsümü “Qarabağ”da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov “kimyaçılar”la 1-illik anlaşıb. O, 21 nömrəli futbol geyimində çıxış edəcək.

Arxa xətt oyunçusu  karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa, “Şahdağ” (19 oyun, 2 qol), “MKT Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AzAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, həmçinin 13 dəfə Azərbaycan millisinin formasını geyinib.

Həmin kateqoriyadan