Arif Rəhimov: Yerli biznes Azərbaycan qran-prisinə inteqrasiya edir

Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov sponsorların cəlb olunması və yerli biznesin layihədə iştiraka inteqrasiyasından bəhs edib. Allsport.az saytı xəbər verir ki, onun sözünə görə, Azərbaycan qran-prisinin podratçılarının 95 faizi yerli şirkətlərdir:

“Yerli biznes Azərbaycan qran-prisinə inteqrasiya edir. Onların bəziləri ilə birbaşa, digərləri ilə dolayısı yolla işləyirik. Məsələn, ilk günlərdə otellər tamamilə dolu olur ki, bu da dolayısı ilə qarşılıqlı fəaliyyətdir. Bundan başqa, bu il SOCAR şirkəti titullu sponsorumuz oldu.

Biz, həmçinin yerli rabitə operatorunu da cəlb etmişik, o, belə desək, dəstək sponsoru olub. Konsertlərə də sponsorları cəlb edirik. Digər tərəfdən, bizim yarımdolayı tərəfdaşlarımız da var. Çoxlu sayda podratçılarımız mövcuddur və onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara layihədə iştiraka kömək edir”.

Həmin kateqoriyadan