“Arpaçay” karate klubundan təlim-məşq toplanışı

Yay mövsümü olmasına baxmayaraq, müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələrə yetişən “Arpaçay” karate klubu yeni uğurlar üçün hazırlıq işləri aparır. Allsport.az saytı xəbər verir ki, sentyabrın 27-29-da “Sərhədçi” olimpiya idman kompleksində keçirilməsi nəzərdə tutulan milli qəhrəmanı Albert Aqarunovun 50-illik yubileyinə həsr olunmuş, 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” turnirinə hazırlıq məqsədi ilə klub yığmanın məşq zalında təlim-məşq toplantısı təşkil edib. “Arpaçay”ın rəhbəri Yavər Hüseynov, milli karate federasiyasının kata üzrə baş təlimatçısı Vahid Ayvazov, klubun baş məşqçisi Vüqar Kərimov, həmçinin məşçilər Mehman Əlirzayev, Pərviz Quliyev və digərlərinin rəhbərliyi ilə keçirilən tədbirdə120-yə yaxın karateçi iştirak edib.

Təlim-məşq toplantısındaiştirak edən uşaqlar və yeniyetmələrə kata üzrə təlimlər, kumite üzrə məşqlər keçirilib, sonra fərdi kumite döyüşləri təşkil olunub. Yavər Hüseynovun verdiyi məlumata görə, yeniyetmələr arasında növbəti ölkə çempionatına, digər yerli və beynəlxalq yarışlara hazırlıq məqsədilə bu qəbildən olan təlim-məşq toplantıları ilin sonuna qədər davamlı olaraq keçiriləcək.

Qeyd edək ki, milli karate federasiyasında yığmaya ən çox idmançı yetişdirən klublardan biri olan “Arpaçay” 20 Yanvar şəhidlərinin xatirəsinə ənənəvi beynəlxalq turnirə hazırlıq işləri ilə yanaşı, qarşıdakı Azərbaycan birinciliyində dəyüksək yerlərdən birini tutmaq niyyətindədir.

Həmin kateqoriyadan