“Arsenal” – “Neftçi” görüşünü albaniyalı referilər idarə edəcək

Avropa liqasının 2-ci təsnifatında “Neftçi” və “Arsenal” (Tula) klubu arasında ilk oyuna təyinatlar bilinib. Allsport.az saytı xəbər verir ki, görüş albaniyalı briqadaya tapşırılıb. 

Baş hakim Enea Yorqyidir. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. 4-cü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək.

İyulun 25-də Rusiyada matç saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan