“Arsenal” paytaxtımıza hansı futbolçularla səfər edib?

“Arsenal”ın Avropa liqasının finalı müəyyənləşdirdiyi futbolçular dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, “topçular” paytaxtımıza 24 nəfərlə səfər edib. Unai Emeri oyun günü onlardan birinin adını siyahıdan çıxaracaq və 23 nəfərlik sifariş ərizəsi UEFA-ya təqdim ediləcək.

Qapıçılar: Petr Çex, Bernd Leno, Deyan İliyev
Müdafiəçilər: Karl Cenkinson, Sead Kolaşinats, Loren Koselni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos, 

Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi, Enzli Meytlend-Naylz, Məsut Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka
Hücumçular: Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi

Xatırladaq ki, “Arsenal” mayın 29-da Bakı olimpiya stadionunda həmşəhərlisi “Çelsi” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmin kateqoriyadan