“Arsenal” – “Qarabağ” matçına bilet bizimkilər üçün neçəyədir?

“Qarabağ”ın Avropa liqasının “E” qrupunda “Arsenal”la səfər oyuna azarkeşlər üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Allsport.az saytı xəbər verir ki, sayı 500 olan biletlər 2 dərəcəyə bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır.

Biletləri “iticket.az” saytından əldə etmək mümkündür. Bu matç dekabrın 14-də Londonun “Emireyts” stadionunda keçiriləcək. İlk oyunda səfərdə “Arsenal” 3:0 hesablı qalib gəlib.

Həmin kateqoriyadan