Asif Məmmədov: Çempion da ola bilərdik

““Təbriklərə görə təşəkkür edirəm. Mən də öz növbəmdə, Azərbaycan ağırlıqqaldırma məktəbini, idmançılarımızı, məşqçilərimizi təbrik edirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü millinin baş məşqçisi Asif Məmmədov deyib. Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında Tarmenxan Babayev gümüş medal qazanması, eləcə də ilk dəfə qızlarda iştirak etməklə tarixə düşən Lalə Rzazadənin 6-cı yer tutmasına münasibət bildirən mütəxəssis, daha yüksən nəticəyə sahib olmaq imkanından danışıb:

Bu yarış dünya və Avropa birinciliklərindən gücünə görə fərqlənir. İdmançı sayının az olmasına baxmayaraq, Olimpiadanın ab-havası çox ağır olur. Yeniyetmələrin yarışı olsa da, böyüklər arasında keçirilən analoji turnirdən heç bir fərqi yoxdur. Yalnız idmançıların yaşı azdır, başqa heç nə. Rəqiblərimiz də güclü idi, italyan, yunan və digərləri… Buna baxmayaraq, biz qızıl medala köklənmişdik. Yarışın gedişatında istiqamətimiz, hədəfimiz məhz bu idi. Təəssüf ki, əvvəllər nümayiş etdirdiyimiz nəticəni təkrarlaya, yaxşılaşdıra bilmədik və ikinci olduq. Çempion da ola bilərdik.

Olimpiya oyunları kimi belə böyük, belə mötəbər yarışda gümüş medal qazanmaq əla nəticədir. Çox şükürlər olsun ki, əziyyətimiz boşa getmədi. İnşallah, Tarmenxan gələcək yarışlarda da uğur qazanar, ölkəmiz üçün daha yaxşı nəticələr əldə edər. Bir daha bütün ağır atletikasevərləri, rəhbər və məşqçi heyəti, ağır atletika ailəsinin bütün digər üzvlərini təbrik edirəm”.

Həmin kateqoriyadan