Aslan Ağayev: Məşqçilər heyəti indi əsas diqqəti gənclərə yönəldib

«Bu Avropa çempionatına Kiyevdə yerli Ukrayna yığması ilə birgə hazırlaşmışdıq. Təlim-məşq toplanışı yüksək səviyyədə keçmişdi. Komandanın lideri Mariya Stadnik həmişəki kimi öz sözünü dedi, qızıl medal qazandı». Bunu allsport.az saytına açıqlamasında qadın güləş millimizin böyük məşqçsi Aslan Ağayev dedi. Onun sözünə görə, digər 2 bürünc medala sahiblənən idmançıların da çıxışından razıdır:

«Alyona Kolesniklə Tatyana Omelsenko ilk dəfə qiçə çempionatında mübarizə aparmalarına rəğmən, fərqlənməyi bacardılar. Onların hər ikisi gəncdir. Bu qızlar gələcək yarışlarda bizə çox kömək edəcəklər. Natalya Sinişinlə Elis Monolovanın 5-ci yerə çıxmaları komanda hesabında 2-ci yer tutmağımızla nəticələndi ki, bu da İslam oyunları öncəsi çox böyük uğurdur.

Elmira Qənbərovanın çıxışını da toxunmaq istərdim. O da gənc güləşçidir, bu yarışda 6-cı yer tutdu, ilk görüşdə təcrübəli İsveç idmançısı Katerina Yohanssona tuşe ilə qalib gəldi. Onu Bakı-2017-də də sınaqdan keçirəcəyik. Məşqçilər heyəti indi əsas diqqəti gənclərə yönəldib. Məqsəd, Tokio olimpiadasına yeni qüvvə ilə atılmaqdır».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan