“Aslanlar” Bakıya qayıdır

Yanvarın 27-dən etibarən qış təlim-məşq toplanışını Salyanda davam etdirən “Rəvan” sabah Bakıya dönəcək. Allsport.az xəbər verir ki, “aslanlar” hazırlıq prosesinin paytaxtda tamamlayacaqlar.

Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv gündəlik məşqlərlə yanaşı, yoxlama matçları da keçirəcək. Belə ki, “sarı-qırmızılılar” sabah “Sumqayıt”ın əsas komandası ilə üz-üzə gələcəklər. “Bayıl Arena”da baş tutacaq oyun saat 13:00-da start götürəcək.

“Rəvan”ın daha bir yoxlama matçı isə fevralın 13-nə təyin edilib. Rəqib isə 1-ci divizion təmsilçisi “Zirə” klubudur.

Qeyd edək ki, “Rəvan” hazırlıq dönəmində daha öncə 5 yoxlama oyunu keçirib. “Qaradağ Lökbatan”la bərabərə qalan (2:2) “aslanlar”, “Şahdağ”la (4:1) MOİK-i (2:0) məğlub edib. “Ağsu” ilə 2 dəfə üz-üzə gələn paytaxt klubu “Bayıl Arena”da rəqibini üstələdiyi halda (6:4), Ağsu şəhər stadionunda minimal hesabla uduzub (1:2).

Həmin kateqoriyadan