“Aslanlar” heç-heçə etdi, futbolçumuz ehtiyatda qaldı

Portuqaliya Sequnda liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi “Sportinq B” səfərdə “Famalikan” ilə qarşılaşıb.

“Aslanlar” bu görüşdə heç-heçə ilə edib – 1:1. İlk 2 turda meydana çıxmayan, ötən tur yeni komandasında debüt edən futbolçumuz adı çıkilən matçda ehtiyatda qalıb.

4 turdan sonra “yaşıl-ağlar” 4 xalla 22 kollektiv arasında 17-ci pillədə mövqe tutub.

Həmin kateqoriyadan