“Astana”da qalib gəldi, millimizin üzvü 71-ci dəqiqə oynadı

“Astana” klubu Avropa liqasının “K” qrupunda 4-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” Qazaxıstanında Çex Respublikasının “Yablonets” komandası ilə qarşılaşıb.

Görüşdə meydan sahibi 2:1 üstün olub. İlk qolu ötən mövsümü “Qarabağ”da keçirən Pedro Enrike vurub. Millimizin  yarımmüdafiəçisi Riçard Almeyda startda meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

“Astana” 8 xalla öz qrupunda öncüldür.

Həmin kateqoriyadan