Atletika federasiyası Balkan assosiasiyasına üzv olacaq

Atletika federasiyası Balkan assosiasiyasına üzv olacaq. Allsport.az saytı xəbər verir ki, AAF prezidenti Çingiz Hüseynzadənin başçılığı ilə nümayəndə heyəti bununla bağlı sabah İstanbula yola düşəcək.

Səfər çərçivəsində AAF-in assosiasiyaya üzv olmasına dair saziş imzalanacaq. Müqaviləyə əsasən, 2019-cu ildən etibarən atletlərimiz Balkan oyunlarında iştirak edəcəklər. Bizimkilər qurumun 20-ci üzvü olacaq.

Həmin kateqoriyadan