Atletika federasiyasında ilə yekun vuruldu

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Tofiq Qarayev, baş katib Firat Hüseynov və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə bu il atletika federasiyasının uğurları və fəaliyyətindən danışıb. O, Bakı 2015 Avropa Oyunlarının atletika idman növü üçün də uğurlu olduğunu vurğulayıb. Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziyaların sayının artması, Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir.

Federasiyanın vitse-prezidenti Tofiq Qarayev və baş katibi Firat Hüseynov öz növbəsində bu ilin fəaliyyəti və uğurlarını qeyd ediblər.

Rəsmi çıxışdan sonra mükafatlandırılma mərasmi keçirilib. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlandırılanlar olub.

İlin idmançısı – Nazim Babayev, Anna Skidan
İlin məşqçisi – Ziyad Xalfayev,
İlin gənc idmançısı – Yelena Prextriyeva
İlin gənc məşqçisi – Elvin Əliyev
İlin hakimi – Kamal Əhmədov

Həmin kateqoriyadan