“Atletikada qadın liderlər” adlı seminarda ölkəmizi İradə Mehdiyeva təmsil edir

Bolqarıstanın Samokov şəhərində Balkan atletika assosiyasiyası və Bolqarıstan atletika federasiyalarının birgə təşkilatçılığı ilə “Atletikada qadın liderlər” adlı seminar keçirilir. Allsport.az xəbər verir ki, toplantıda ölkəmizi AAF nümayəndəsi İradə Mehdiyeva təmsil edir.

Son illər həm dünya Atletikası həm də Avropa atletika assosiyasiyası, qadınların atletikada rolunun önəmini ön plana çəkirlər. Həm icraiyyə komitəsinə, həm də digər rəhbər vəzifələrə seçimlərdə, Gender balansının yaradılması və qorunması yönündə aparılan işlər buna bariz nümunədir. Son illər qadınların liderliyi ilə bağlı seminarlar daha tez-tez keçirilməyə başlayıb.

Həmin kateqoriyadan