Atletlərimiz Praqada uğur qazana bilmədi

Çexiyanın paytaxtı Praqada qapalı məkanda atletika üzrə Avropa çempionatı keçirilib. Allsport.az xəbər verir ki, çempionatda ölkəmizi iki atlet təmsil edib.

Üçtəkanla tullanma yarışlarında 15,92 metr nəticə göstərən Nazim Babayev çempionatı 17-ci pillədə başa vurub. Altmış metr məsafəyə qaçış yarışlarında mübarizə aparan atletimiz Raqib Məmmədov 8,05 saniyə nəticə ilə 25-ci olub.

Həmin kateqoriyadan