Atletlərimiz Volqoqradda 4 medal qazandılar

Dekabrın 20-də Olimpiya çempionu Tatyana Lebedova uğrunda baynəlxalq yarışda yeniyetmələr komandasından ibarət atletlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medala layiq görülüblər. Allsport.az xəbər verir ki, qızlar arasında 60 metrlik qaçışda 7.80 saniyə nəticə ilə Yelena Pextireva qızıl medal və 8.22 saniyə nəticə ilə Fəxriyyə Tağızadə bürünc medal qazanıblar.

Oğlanlar arasında 60 metr məsafədə isə Riyad Quluzadə 7.40 saniyə nəticə ilə qızıl medala sahib olub. Bürünc medalı isə üç təkanla tullanmada 12.05metr nəticəsi ilə Rüstəm Məmmədov qazanıb. (AAF-ın mətbuat xidməti)

Həmin kateqoriyadan