Autizimli uşaqlar arasında stolüstü tennis yarışı keçirilib

Apreldə bütün dünyada, eləcə də ölkəmizdə Autizm ayı kimi qeyd olunur. Artıq indidən müxtəlif tədbirlərə start verilib. Gənclər və İdman Nazirliyi, Stolüstü tennis federasiyası və “Green Light” autism mərkəzinin dəstəyi ilə bu xəstəlikdən əziyyət çəkən uşaqlar arasında yarış keçirilib. Tədbirə 5 klubdan 18 nəfər qatilib.

9-12 yaslılarda Nicat Həmidov (“Kanner”) 1-ci olub. 13+ yas qrupunda Rza Bayramov (“Green light”) qalib gəlib. Fərqlənənləri “Neftçi” klubunun kapitani Ruslan Abısov, GİN nümayəndəsi Ərşad Nəsibov və “Green light” autizm mərkəzinin rəhbəri  Gülarə Qocayeva təbrik ediblər.

Həmin kateqoriyadan