“Autizmlilərin İdman Klubu İctimai Birliyi”nin üzvləri “Zirə”nin qonağı olub

Premyer liqanın 17-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Zirə” hazırlığı Bakı olimpiya stadionunda davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın bu gün baş tutan məşqində qonaqları olub. “Autizmlilərin İdman Klubu İctimai Birliyi”nin üzvləri zirəlilərin düşərgəsinə baş çəkiblər.

Autizm sindromundan əziyyət çəkən uşaqlar futbolçularla məşq edib, daha sonra baş məşqçi Ayxan Abbasov oyunçulara bu xəstəlik haqda danışıb.

İndi dünyada hər 68 uşaqdan biri autizmli doğulur. Azərbaycanda da bu sindromdan əziyyət çəkən usaq və gənclərin sayı kifayət qədərdi. Autizmin dünyada nədən qaynaqlandığı bəlli olmadığı üçün, onun tibb sahəsində heç bir müalicə üsulu yoxdur. Reabilitasiya yolu isə ancaq idmandan keçir.

Həmin kateqoriyadan