AVF prezidenti Stanislav Şevçenko ilə görüşüb

Cavid Qurbanov Ümumrusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb.

AVF prezidenti Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən, voleybolçularımızın ölkədaxili və beynəlxalq yarışlardakı fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Rusiya və Azərbaycan voleybol məktəblərinin tarixi köklərindən söz açan qurum rəhbəri bildirib ki, bu, qurumun rəhbəri kimi onlarla ilk görüşüdür.

Həmin kateqoriyadan