AVİF 2014-cü ilin ən fəal federasiyasıdır

2 fevral – Gənclər Günü Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Allsport.az xəbər verir ki, açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, gənclər və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışan Azad Rəhimov gənclər siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, bu sahədə mühüm dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.

Mərasimdə 2014-cü ildə fərqlənən idmançılara və fəal gənclərə müxtəlif mükafatlar da təqdim olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının 2014-cü ildə gördüyü işlər və velosiped idmanının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər də diqqətdən kənarda qalmayıb – AVİF ötən ilin ən fəal federasiyası kimi xüsusi mükafata layiq görülüb. Mükafanı federasiyanın baş katibi Fərhad Əliyevə Gənclər və İdman naziri Azad Rəhimov təqdim edib.

Həmin kateqoriyadan