AVİF-dən bayram hədiyyəsi

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Təqvim bayramları münasibətilə AVİF “SharkHead” velosipedçilər klubu ilə birgə dekabr ayının 27-si, saat 15:00-da qoşaçarx həvəskarları üçün “Critical X-Mass Baku” yürüşü keçirəcək. Allsport.az saytı xəbər verir ki, tədbir 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək.

İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

Həmin kateqoriyadan