YENİLƏNİB
Avro-2016: Rəqiblərimiz xalları böldülər

Final mərhələsi 2016-cı ildə Fransada keçiriləcək növbəti Avropa çempionatının seçmə qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Son oyun günü 3 qrupda 9 matç canlı nəticələrlə oxucularımıza təqdim ediləcək. Türkiyə millisinin meydana Volkan Dəmirəl, Semih Qaya, Sərdar Əziz, Canər Erkin, Səlcuq İnan, Ozan Tufan, Olcay Şahan, Arda Turan, Volkan Şən, Ümid Bulud və Burak Yılmaz 11-i ile çıxacağı bildirilir. (İsinmə hərəkətləri zamanı söyüşlərə və təhqirlərə məruz qalan Volkan Dəmirəl oynamayacağını işarə edərək stadionu tərk edib və qapıda onu adaşı Volkan Babacan əvəz edib)

Saat  21:00-da başlayan oyunlardan 2-də erkən qol vuruldu. Uğursuzluqlar seriyasına nöqtə qoymaq istəyən hollandlar van Persinin dəqiq zərbəsinə sevindilər. Ardinca Kipr Andorranın qapısına yol tapdı. Birinci hissələr Niderland və Kiprin qol bəhsi ilə keçdi.

64-cü dəqiqədə Niderland -Latviya oyununda künc zərbələri üzrə hesab 10:1-dir. Qol bəhsi davam edir. Bu dəfə 5-ci topu vuran hollandlar Kipri qabaqlayıblar. Bu rəqabətdə son sözü hollandlar deyib 6-cı qolu da vurdular.

23:45 seansı 3 erkan qol xəbəri ilə başladı. Hətta millimizin rəqibləri – italyanlarla xorvatlar bir-birini məyus edə bildilər. Nəhayət, Türkiyə də qol vurdu. Fasiləyədək oyunlar kifayət qədər məhsuldar oldu.

Fasilədən sonra günün ilk qırmızı vərəqəsi verildi: boşnaklardan Sunyiç fərqləndi. Hətta Malta da bu gün qol vurdu.

İtaliya miliisinin Xorvatiya ilə görüşü 75-ci dəqiqədə dayandırılıb. Matçın əvvəlində azarkeşlərin petrda atdığına görə oyun bir neçə dəqiqə dayanmışdı. 75-ci dəqiqədə xorvat azarkeşlər arenanı petarda atəşinə tutdular və hakim oyunu dayandırdı. Tribunalardakı dəliqanlılar sektoru tam boşaldıldı. Oyun davam etdi və heç-heçə başa çatdı

 

Günün oyunları:

«A» qrupu

21:00 Niderland – Latviya 6:0 (Van Persi, 6, Robben, 35, 82, Hüntelaar, 42, 89, Bruma, 77).
23:45 Çex Resp. – İslandiya 2:1 (Kaderabek, 45+1, Haldorsson. 61-öz qap.- R.Siqurdsson, 9)
23:45 Türkiyə – Qazaxıstan 3:1 (Burak Yılmaz. 26-pen., 29, Sərdar Əziz, 83 – Smakov, 87-pen.)

  1. Çex Resp.      4        4       0       0       10-5   12
  2. İslandiya       4       3        0       1       9-2    9
  3. Niderland     4        2       0       2       10-5   6
  4. Türkiyə           4       1        1       2       5-7    4
  5. Latviya           4       0       2       2       1-10    2
  6. Qazaxıstan   4        0       1       3       4-10    1

 

«B» qrupu

21:00 Belçika – Uels 0:0
21:00 Kipr – Andorra 5:0 (Merkis, 9, Efrem, 31, 42, 60, Xristofi, 87).
23:45 İsrail – Bosniya və Herseqovina 3:0 (Vermut, 36, Damari, 46, Zəhavi, 70) – QIRMIZI: Sunyiç, 48 (Bos)

  1. İsrail                  3       3       0       0       9-2    9
  2. Uels                    4      2       2       0       4-2    8
  3. Kipr                    4        2       0       2       9-5   6
  4. Belçika              3        1       2       0       7-1    5
  5. Bosniya-Hers. 4        0       2       2       2-6    2
  6. Andorra            4        0       0       4       2-17  0

 

«H» qrupu

21:00 Azərbaycan – Norveç 0:1 (Hordtveyt, 25)

23:45 İtaliya – Xorvatiya 1:1 (Kandreva, 11 – Perişiç, 15)

23:45 Bolqarıstan – Malta 1:1 (Qalabinov, 6 – Failla, 49-pen.)

 

  1. Xorvatiya        4          3             1             0             10-1      10
  2. İtaliya              4          3             1             0             6-2        10
  3. Norveç              4         3             0             1             6-3         9
  4. Bolqarıstan    4          1             1             2             4-5         4
  5. Malta               4          0             1             3             1-7         1
  6. Azərbaycan    4          0             0             4             2-11       0

***

15 noyabr

İkinci oyun günündə saat 21:00-da başlamış 5 oyunda yarım saatdan sonra ilk hesabı açan Ukrayna millisi oldu. Yarmolenko lüksemburqluların qapısına yol tapdı.

Qol şousu Ukrayna 2 və 3-cü qolları vurduqdan sonra başladı. İngilislər əvvəlcə öz, sonra rəqib qapısını dəqiq nişan aldılar. Runi millidə 100-cü oyununu qolla qeyd etdi və Uelbekin qolları sayəsində liderliyini möhkəmləndirdi.

70-ci dəqiqədən sonra qol-şou başladı. Hətta Lixtenşteyn Moldovada qol vurdu və qalib gəldi. Cəmi 1 oyun qolsuz başa çatdı. Estonlar San Marinoya nadir futbol xoşbəxtliyi bəxş etdilər. Oyun ərzində 71 faiz topa sahiblik və qapıya vurulan 16 zərbə baltikalıları hədəfə çatdırmadı.

Günün 2-ci futbol saatı saat 23:45-də başladı.

İsveç və İspaniya erkən qola sevindilər. Üstəlik ispanlar dərhal ikinci qolu da vuraraq, qələbə iddialarını daha da artırdılar. Günün ilk oyunlarından fərqli, bu dəfə qolsuz oyun qalmadı. Fasiləyə qədər hesab açılmayan tək görüş – İsveçrə – Litva qarşılşması günün ən məhsuldar oyunları sırasında yer aldı.

 

«C» qrupu

21:00 Lüksemburq – Ukrayna 0:3 (Yarmolenko, 34, 53, 56)
23:45 İspaniya – Belarus 3:0 (İsko, 18, Buskets, 19, Pedro, 56)
23:45 Makedoniya – Slovakiya 0:2 (Kuçka, 25, Nemets, 38)

1. Slovakiya       4     4     0     0     8-2    12
2. İspaniya         4    3    0        1    13-3    9
3. Ukrayna         4     3     0      1    6-1    9
4. Makedoniya  4     1    0      3    4-10     3
5. Belarus           4     0    1      3    2-9    1
6. Lüksemburq  4    0    1      3     3-11    1

«E» qrupu

21:00 İngiltərə – Sloveniya 3:1 (Runi, 59-pen., Uelbek, 66, 72 – Henderson, 57)
21:00 San Marino – Estoniya 0:0
23:45 İsveçrə – Litva 4:0 (Arlauskis, 66-öz qap, Şer, 68, Şakiri, 80, 90)

  1. İngiltərə         4       4       0       0       11-1    12
  2. İsveçrə            4        2       0       2       8-3    6
  3. Sloveniya       4        2       0       2       4-4    6
  4. Litva                4        2       0       2       3-6    6
  5. Estoniya        4        1       1       2       1-2    4
  6. San Marino  4        0       0       4       0-11  1

 

 «G» qrupu

21:00 Avstriya – Rusiya 1:0 (Okoti, 73)
21:00 Moldova – Lixtenşteyn 0:1 (Burqmayer, 74)
23:45 Monteneqro – İsveç 1:1 (Yovetiç, pen-80/ İbrahimoviç, 3)

1. Avstriya          4 3 1 0 5-2 10
2. İsveç               4 1 3 0 5-3 6
3. Rusiya            4 1 2 1 6-3 5
4. Monteneqro  4 1 2 1 3-2 5
5. Lixtenşteyn   4 1 1 2 1-6 4
6. Moldova        4 0 1 3 2-6 1

 

***

 14 noyabr

Allsport.az saytı xəbər verir ki, turun ilk oyun günü ən böyük sensasiya Afinada qeydə alınıb və yunanlar da gözlənilmədən Farer adalarına yeniliblər. Serblər və almanlar oyunlarında erkən qola seviniblər. Böyük hesablı qələbə qazanmış almanlardan fərqli olaraq, yekunda serblər tək qolla kifayətlənərək qapısınan 3-nü buraxib.

Günün açılış oyununda Gürcüstan Polşanı qonaq edib və…

İlk hissədən sonra qarşılaşmada hesab açılmayıb. 52-cii dəqiqədə qonaqlar Qlikin vurduğu qolla önə çıxıblar. 20 dəqiqə sonra Krıxovyak, 73-cü dəqiqədə Mila, daha 20 dəqiqədən sonra Milik fərqi 4 cavabsız topa çatdırıblar.

Günün qarşılaşmalarından Şotlandiya – İrlandiya, Serbiya – Danimarka, Macarıstan – Finlandiya və Rumıniya – Şm.İrlandiya görüşləri daha çox diqqət çəkir.

 

 «D» qrupu

21:00 Gürcüstan – Polşa 0:4 (Qlik, 51, Krıxovyak, 71, Mila, 73, Milik, 90+3)
23:45 Almaniya – Cəbəllütariq 4:0 (Müller, 12, 29, Getse, 38, Santos-avtoqol, 67)
23:45 Şotlandiya – İrlandiya 1:0 (Maloney, 75)

 

O       Q       H       M      T       X

  1. Polşa              4      3       1       0       15-2  10
  2. İrlandiya       4       2       1       1       10-3  7
  3. Almaniya       4       2       1       1      7-4    7
  4. Şotlandiya     4      2       1       1       5-4    7
  5. Gürcüstan      4       1       0      3       4-7    3
  6. Cəbəllütariq  4       0       0      4       0-21  0

«F» qrupu

23:45 Yunanıstan – Farerlər 0:1 (Edmundsson, 61)
23:45 Macarıstan – Finlandiya 1:0 (Hera, 84)
23:45 Rumıniya – Şm.İrlandiya 2:0 (Papp, 74, 79)

  1. Rumıniya        4       3       1       0       6-1    10
  2. Şm. İrlandiya 4       3       0       1       6-3    9
  3. Macarıstan     4       2       1       1       4-3    7
  4. Finlandiya      4       1       1       2       4-5    4
  5. Farerlər            4       1       0       3       2-6    3
  6. Yunanıstan     4       0       1       3       1-5    1

 

«İ» qrupu

23:45 Portuqaliya – Ermənistan 1:0 (Ronaldu, 72)
23:45 Serbiya – Danimarka 1:3 (Toşiç, 4 – Bendtner, 60, 85, Kyer, 62)

  1. Danimarka   4        2       1       1       6-4    7
  2. Portuqaliya    3       2       0       1       2-1    6
  3. Albaniya        3        1       1       1       2-4    4
  4. Serbiya            3       1       1       1       5-4    1
  5. Ermənistan    3       0       1      2       1-3    1

* Albaniya ilə matçda texniki qələbə qazanmış Serbiya millisi, azarkeşlərinin davranışına görə, 3 xaldan məhrum edilib.

Həmin kateqoriyadan