Avroliqa təmsilçilərimiz ölkə çempionatında qalib gəliblər

Bu gün Premyer Liqada 5-ci tur başa çatıb. Allsport.az saytı xəbər verir ki, son oyun günündə də 2 görüş keçirilib.

Qəbələdə bu şəhərin eyni adlı təmsilçisi AzAL klubu ilə görüşüb. Meydan sahibləri bu matçda böyük hesablı qələbə qazanıblar – 3:0.

Öz stadionundan hələ istifadə edə bilməyən “Qarabağ” Masazırda “Zirə” ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini qapısından 2 cavabsız top keçirib – 2:0.

Həmin kateqoriyadan