Avroliqada ölkəmizin ən yaxşısı Pavel Paşayevdir

Avropa liqasında iştirak edən futbolçuların əmsalı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın yer aldığı “A” qrupunun ən yaxşısı Danel Sinanidir. “Düdelanj”ın yarımmüdafiəçisi 2999 xalla ümumi siyahıda 3-cüdür.

Reytinqin ən yaxşı Azərbaycan futbolçusu Pavel Paşayevdir. “Aleksandriya”da çıxış edən və Almaniya “Volsburq”una qarşı çııxş edən legionçu “Qarabağ”ın bütün futbolçularını arxada qoyub.

Turnirin 421-cisi olan müdafiəçinin hesabında 456 xal var. 374 xala malik İsmayıl İbrahimli 466-cı pillədə qərarlaşmaqla, Azərbaycan təmsilçiləri arasında 2-ci yerdədir. 364 xallı Qara Qarayev ondan 11 addım geridədir.

Həmin kateqoriyadan