Avroliqanın kuboku nə vaxt Bakıya gətiriləcək?

Avropa liqasının kuboku qitənin bir sıra şəhərlərində nümayiş olunacaq. Allsport.az saytı xəbər verir ki, sərgi xeyriyyə məqsədi daşıyacaq. Kuboku izləməyə gələn azarkeşlər və futbolçular istifadə olunmuş və geyinmək istəmədikləri ayaqqabılarını İordaniyadakı suriyalı qaçqınlar üçün bağışlaya biləcəklər.

Turnirin kuboku ilk olaraq martın 5 – 9-da İsveçrənin Cenevrə, martın 22-23-də İspaniyanın Sevilya şəhərində, martın 29-30-da isə Almaniya paytaxtı Berlində nümayiş olunacaq.

Kubok 5-6 apreldə Londonda, 12 apreldə İtaliyanın Milan şəhərində, 20 apreldə Moskvada, 10 mayda Parisdə sərgiləndikdən sonra 16 mayda Bakıda olacaq. 

Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen kimi ulduz futbolçular iştiraklarını təsdiqləyiblər. Avroliqanın finalı mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək. 

Həmin kateqoriyadan