Avropa Bakı qran-prisi rəsmi Formula-1 təqvimində

Beynəlxalq Avtomobil Federasiyasının Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-idman Şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Formula-1-ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişiklər edib.

Belə ki, Formula-1 mövsümünün gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin maksimal sayı 20-dən 21-ə artırılıb. Ənənəvi təqviminə edilən bu əlavə bilavasitə ölkəmizin gələn il iyun ayının 19-da Avropa qran-prisinə ev sahibi kimi debut etməsi ilə əlaqəlidir.

Bakı Şəhər Halqası 21 ölkə arasında sıra etibarilə səkkinizinci mərhələ olmaqla, 2016-cı il mövsümünün təqvimi aşağıdakı şəkildə təsdiq olunub:

20 mart – Avstraliya Qran Prisi (Albert Park)
03 aprel – Bəhreyn Qran Prisi (Saxir)
17 aprel – Çin Qran Prisi (Şanxay)
01 may – Rusiya Qran Prisi (Soçi)
15 may – İspaniya Qran Prisi (Barselona)
29 may – Monako Qran Prisi (Monte Karlo)
12 iyun – Kanada Qran Prisi (Monreal)
19 iyun – Avropa Qran Prisi (Bakı)*
03 iyul – Avstriya Qran Prisi (Osterrayxrinq)
10 iyul – Böyük Britaniya Qran Prisi (Silverstoun)
24 iyul – Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul – Almaniya Qran Prisi (Hokkenhaym)
28 avqust – Belçika Qran Prisi (Spa Frakorşamps)
04 sentyabr – İtaliya Qran Prisi (Montsa)
18 sentyabr – Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr – Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr – ABŞ Qran Prisi (Ostin)**
06 noyabr – Meksika Qran Prisi (Mexiko)
13 noyabr – Braziliya Qran Prisi (San Paulu)
27 noyabr – Əbu Dabi Qran Prisi (Yas Marin)

Həmin kateqoriyadan