Avropa birinciliyinə tam heyətlə

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq. Milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi ilə turnirdə tam heyətlə təmsil olunacaq.

Millimizin heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq), Nurlan Nağıyev (60 kq), İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar.

Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir. Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan