Avropa birinciliyində Buenos Ayres-2018 oyunlarına növbəti lisenziya qazanılacaqmı?

22-29 iyulda İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 40-a yaxın ölkədən 388 ağır atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi yarış Buenos Ayres-2018 olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq. Azərbaycan yığması Appeninə geniş heyətlə yollanacaq:

Oğlanlar
15 yaşa qədər: Şükürzadə Elvin (50 kq), Məmmədov Elşən, Həsənov Fuad (hər ikisi – 56 kq), Əliyev Murad, Nəbiyev Kamil (hər ikisi – 62 kq), Mamayev Yaşar (77 kq), Şükürlü Əli (85 kq), Quliyev Əli (94 kq).
17 yaşa qədər: Cavadov Ömər (50 kq), Alxasov Sale (56 kq), Qasımov Rüstəm, Hüseynov Elməddin (hər ikisi – 62 kq), Əliyev Füqan (69 kq), Alxasov Əlimərdan, Baxışov İsmayıl (hər ikisi – 77 kq), Babayev Tarmenxan (85 kq).

Qızlar
15 yaşa qədər: Muxtarlı Günel (44 kq), Qarayeva Selcan (48 kq), İmanova Fazilə (53 kq), Mayılov Səma, Opanasyuk Anna (hər ikisi – 58 kq), Mirzəzadə Fidan (63 kq), Hüseynova Rahilə (69 kq).
17 yaşa qədər: Rzazadə Lalə (58 kq), Hüseynzadə Fidan (69 kq).

Həmin kateqoriyadan