Avropa birinciliyində zəfər çalan cüdo komandamızla ACF-də görüş

Bu gün ACF-də Sloveniyanın Maribor şəhərində gənclərin Avropa birinciliyində zəfər edən cüdoçularımız və millinin məşqçi heyətilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, vitse-prezident Sadıq Sadıqov gənc cüdoçularımızı təbrik edərək, onlara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb. Cüdo tariximizdə ilk dəfə olaraq millimizin komanda yarışlarında çempion olmasını xüsusi qeyd edib.

Sonra gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Elçin İsmayılov, Avropa çempionu Hidayət Heydərov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Oktyabr ayında Xorvatiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxışlarını davam etdirərək göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Xatırladaq ki, Sloveniyada gənclər arasında cüdo üzrə Avropa çempionatında yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc qazanıb, medalların əyyarına görə kişilərin komanda hesabında birinci yeri tutub, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Həmin kateqoriyadan