Avropa birinciliyindən 1 qızıl və 4 bürünc medalla

Serbiya paytaxtı Belqradda kiçik yaşlı yeniyetmə güləşçilərin Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, çempionatda sərbəst üsulla çıxış edənlərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar.

Nazim Əlicanov və Namiq Quliyevin rəhbərlik etditi komandada bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) 1-ci, Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi – 73 kq) 3-cü olublar.

Həmin kateqoriyadan