Avropa birinciliyinin ilk günündə Rahid Vəliyev gümüş medal qazanıb

Bu gün İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçuların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə millimiz 1 medal qazanıb.

37 kq-da Rahid Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda digər rusiyalı idmançını 7:6 üstələyərək finala yüksəlib.

Həlledici döyüşdə danimarkalı həmkarına 32:35 uduzan Rahid 2-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan