Avropa çempionatına hansı idmançılarımız gedir?

Para-taekvondo üzrə milli komandamız Avropa çempionatı öncəsi təlim-məşqləri davam etdirir. Allsport.az xəbər verir ki, məşqlər Azərbaycan Taekvondo Federasiyasının (ATF) idman bazasında keçirilir.

Millimiz Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində 20 aprel tarixində keçiriləcək 4-cü Avropa çempionatında 12 taekvondoçu ilə təmsil olunacaq. Nəzərinizə çatdıraq ki, rekord sayda iştirakı gözlənilən bu yarışda birinci yerin qalibinin aktivinə (G4) 40 və (G2) 20 xal yazılır.

Komanda, Avropa çempionatına Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş katibi Həmdiyyə Məmmədov, eləcə də baş məşqçi, əməkdar məşqçi Əvəz Tağıyev, böyük məşqçi Yaşar Səfərov və məşqçi müəllim Tərənnüm Bayramovun rəhbərliyi ilə qatılacaq.

Məşqçilər heyəti cari yarışa aşağıda adları göstərilən taekvondoçulara ehtimad göstərib:

1. Rövşən Qəhrəmanlı (-61 kq)
2. Anar Hüseynov (-61 kq)
3. Ayaz Axundov (-61 kq)
4. Namiq Abbasov (-61 kq)
5. Əbülfəz Abuzərli (-75 kq)
6. Nicat Müslümov (-75 kq)
7. Fariz Əliyev (-75 kq)
8. Rövşən Rzayev (-75 kq)
9. Vüqar Adışirinov (+75 kq)
10. Aleksandr Polişuk (+75 kq)
11. Röyalə Fətəliyeva (-58 kq)
12. Aynur Məmmədova (+58 kq)

Bu çempionatdan öncə para-taekvondo üzrə milli komandamız 1 dəfə dünya dördüncüsü, 2 dəfə dünya birincisi, 2 dəfə dünya ikincisi və 3 dəfə Avropa ikincisi olmaqla yüksək göstərici ilə lider ölkələr sırasında qərarlaşıb.

17 aprel tarixində Kişinyova yola düşən dmançılarımız vətənə 21 apreldə dönəcək.

Həmin kateqoriyadan