Avropa çempionatında 23 ölkənin aerobika gimnastları mübarizə aparacaq

Mayın 24-26-da paytaxtda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək yarışda usta və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında çıxış edəcəklər.

Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. 23 ölkədən gimnastların çıxış edəcəyi çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Həmin kateqoriyadan