Avropa çempionatında bizdən yalnız Kamran Şahsuvarlı medal qazanacaq

Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.

Kamran Şahsuvarlı (75 kq) Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə Rio-2016-nın bürünc medalçımıın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) mübarizəni dayandırıblar.

Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanmışdı.

Həmin kateqoriyadan