Avropa komanda çempionatında iştirak edəçək şahmatçılarımız müəyyənləşib

Oktyabrın 27-dən noyabrın 7-dək Yunanıstanın Krit adasında kişi və qadın şahmat komandaları arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, güclü cinsin nümayəndələrinin yarışında 40, xanımlarda 32 yığma qeydiyyata alınıb. Avropa çempionatı İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Komandaların tərkibində 4 əsas, bir ehtiyat oyunçu var.

Kişilərdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcəklər. Onların əsas rəqibləri Rusiya, Ukrayna, İngiltərə, İsrail, Macarıstan və Polşa milliləri olacaq.

Qadın şahmatçılarının yığmasında Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva çıxış edəcəklər. Onlar Rusiya, Ukrayna, Gürcüstan və Polşa komandaları ilə qarşılaşacaqlar.

Həmin kateqoriyadan