Avropa çempionatında Kənan Əliyev 104 şpaqaçı arasında 25-ci olub

Serbiyanın Novı Sad şəhərində qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vurmaqla pley-offa adlayıb. Növbəti mərhələdə Türkiyə təmsilçisi İranə Şcukla ilə qarşılaşan sablyaçımız, rəqibinə 8:15 hesabı ilə uduzub.

Qrup mərhələsində keçirdiyi 5 görüşdən yalnız 1-ni qalib başa vuran Sevinc Bünyatova mübarizəni erkən dayandırıb. Rapirada Cavanşir Ağakişiyev qrupda qələbə qazana bilməyib.

2-ci yarış günündə şpaqada Kənan Əliyev uğurlu başlayıb. O, qrup mərhələsində 6 qarşılaşmadan 4-də qələbə qazanıb. 1/32 finalda Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. 1/16 finalda ispaniyalı Qabriel Ciminiyə 9:15 hesabı ilə uduzub və 104 idmançı arasında 25-ci yeri tutub.

Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev mücadiləni erkən dayandırıb.

Həmin kateqoriyadan