Avropa çempionatını Azərbaycanda yayımlayacaq kanallar açıqlandı

İTV və “İdman” TV 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Allsport.az xəbər verir ki, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə final mərhələsinin püşkatma mərasimi saat 21:00-dan canlı yayımlanacaq.

12 iyun-12 iyulda keçiriləcək AÇ-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində təşkil olunacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir qarşılaşması Bakı olimpiya stadionunda oynanılacaq.

Həmin kateqoriyadan