Hidayət Heydərov Avropa çempionu oldu, Rüstəm Orucov bürünc medal qazandı

Polşanın paytaxtı Varşavada cüdoçuların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın ikinci günü də millimiz üçün uğurlu olub.

73 kq-da Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlib. Bu çəkidə digər tatami ustamız Rüstəm Orucov bürünc medala sahib olub. Rüfət İsmayılov (81 kq) mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) 3-cü yeri tutublar.

Həmin kateqoriyadan