Avropa çempionatının final mərhələsi Azərbaycanda!

2017-ci ildə voleybolçu qadınlar arasında Avropa çempionatının final mərhələsi Azərbaycan və Gürcüstanda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu qərar Antaliyada təşkil olunmuş Avropa Voleybol Konfederasiyasının konqresində qəbul olunub.

Qərara əsasən, 1-ci qrupun görüşləri Gürcüstan paytaxtında və Quba şəhərində, 2-ci qrup Bakıda baş tutacaq. Yarımfinal və final oyunları da Azərbaycan paytaxtında keçiriləcək.

Konqresdə çıxış edən AVF-in 1-ci vitse-prezidenti Faiq Qarayev Bakıda təşkil olunacaq final oyunları haqqında məlumat verdi. Ən əsası, dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin namizədliyimizi dəstəkləməsi haqqında danışdı. Çıxış zamanı, o qeyd etdi ki, ölkə rəhbərimiz Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir və Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdır.

Nəzərinizə çatdıraq ki, Avropa çempionatının final mərhələsinin Odlar yurdunda təşkil olunacağı, ölkə voleybolunda ilkdir. Sanballığına görə, buna qədər Azərbaycan 2004-cü ildə olimpiya təsnifat turnirinə ev sahibliyi edib.

Həmin kateqoriyadan