Üçqat Avropa çempionları ümummilli liderin və Vüqar Həşimovun məzarlarını ziyarət edib

Komandalar arasında Avropa çempionatının qalibi olan millimizin üzvləri və Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi noyabrın 10-da Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra 2-ci Fəxri xiyabana gələn şahmatçılarımız, beynəlxalq qrossmeyster Vüqar Həşimovu anıblar.

Həmin kateqoriyadan