Avropa çempionumuz Türkmənistan sərbəst güləş millisinin baş məşqçisi olub

2010-cu ildə Bakıda keçirilən növbəti Avropa çempionatında 55 kq-da qızıl medal qazanan Mahmud Məhəmmədov ölkəmizin istedadlı sərbəst güləşçilərindən sayılıb.

Allsport.az saytı xəbər verir ki, 2 il öncə məşqçilik karyerasına başlayan 32 yaşlı ünlü idmançı, ötən il Bəhreyn millisini çalışdırıb. O bu milli komanda ilə Bakıda 4-cü İslam oyunlarında iştirak edib.

Türkmənistan güləşində baş verən köklü dəyişikliklərdən sonra o, keçən ay adı çəkilən yığmaya baş məşqçi gətirilib. Gənc mütəxəssis hazırda yeni kollektivlə paytaxtda Olimpiya Güləş Mərkəzində beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Həmin kateqoriyadan