Avropa Cüdo Təşkilatının rəsmi saytı Azərbaycanlı çempiondan yazıb

Gənc cüdoçuların Avropa birinciliyinin ilk günü böyük həyəcanla kimlər üçün zəfər, kimlər üçünsə məyusluqla sona çatdı. Allsport.az saytı xəbər verir ki, 8 finaldan ikisini ən təsirli çıxışları ilə yadda qalan güclü Azərbaycan komandası qazandı. Hidayət Heydərov sabit çıxışı ilə 73 kq-da qızıl medala sahibləndi. 19 yaşlı cüdoçu günə yüksək xalla başlasada, qəfildən yuko ilə az qala rumıniyalı rəqibi Aleksandru Raisu tərəfindən məğlub edilirdi:

“Mən çox əsəbi idim və fikirləşirdim ki, uduzacam”- deyə o, bu anı xatırlayır. Lakin azərbaycanlı cüdoçu rumın Raisunu ipponla məlubiyyətə uğratdıqdan sonra düşüncələrinə qalib gəlir. İkinci raundda Heydərov Tomas Çerniavski (Polşa) ilə üz-üzə gəldi və o rəqibini yuko hesabı ilə məğlub etdi. Bundan sonra, O, Daniel Pouell (Böyük Britaniya) və Akil Gjakovani (Kosova) üzərində də inamla qələbə qazanaraq finala çıxdı. Beləliklə, Heydərov Malaqada qızıl medalın bir addımlığında dayandı.

Heydərovun final görüşü günün ən yaddaqalan anı oldu. Hidəyətin gürcüstanlı Georgi Katsiaşviliyə qalib gələcəyinə bütün azarkeşləri inanırdı. Heydərov şübhəsiz öz rəqibini məğlub etdi və qızıl medalı qazandı: “Mən Avropa çempionu adını qazandığım üçün çox sevinirəm. İkinci dəfə Avropa birinciliyinin qalibi oldum. Daha əvvəl Katsiaşviliyə uduzub sonra gənclərin qitə çempionatının finalında ona qalib gəlməyim məni şad və məmnun edən əsas səbəbdir. Növbəti hədəfim noyabr ayında Təl-Əvivdə keçiriləcək U-23 Avropa birinciliyində qalib olmaqdır”.

Həmin kateqoriyadan