Avropa həndbol federasiyasının konqresində ölkəmizi Orxan Abbasov təmsil edir

Danimarkan paytaxtı Kopenhagendə Avropa həndbol federasiyasına üzv qurumların baş katiblərinin 11-ci konfransı başlayıb.

Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi AHF-nin 1-ci vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Yığıncaqda ümumi məsələlər, təqvim planı və çimərlik həndbolunun gələcək inkişafı istiqamətində müzakirələr aparılacaq.

Həmin kateqoriyadan