Avropa liqasının final oyunu ilə bağlı UEFA nümayəndələrinin paytaxta işgüzar səfəri

Avropa liqasının 2019-cu ildə Bakı olimpiya stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

Allsport.az saytı xəbər verir ki, həftə sonuna qədər davam edəcək müddətdə Avropa futbol qurumunun təmsilçiləri ölkənin ən iri idman qurğusu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər.

Bu gün Bakı plimpiya stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq barədə ətraflı müzakirələr aparılıb.

Həmin kateqoriyadan