Avropa mükafatçısı «Baku Fires»in hazırlığı barədə nə deyib?

«Kislovodskda təlim-məşq toplanışındayıq. Hər şey qaydasındadır. «Baku Fires»in yeni mövsümünə hazırlaşırıq». Bunu allsport.az saytına açıqlamasında milli komandanın boksçusu Heybətulla Hacıəliyev deyib. Onun sözünə görə, yığma orada ayın 25-nədək qalacaq. Sonra çalışmalar Azərbaycanda davam edəcək. Sitat:

«Yanvarın 2-də Qubaya yollanacağıq. Təlim-məşqlər Olimpiya İdman Kompleksində baş tutacaq. Finala çıxsaq, komanda mövsümün sonunadək orada qalacaq».

Avropa çempionatının bürünc mükafatçısnın əlavə edib ki, hədəfi Rio Olimpiadasına vəsiqə qazanmaqdır; bunun üçün səyini daha artıracaq.

Həmin kateqoriyadan