Avropa olimpiya təsnifat turnirində 4 boksçumuz Rio-2016-ya vəsiqə qazanıb

Türkiyənin Samsun şəhərində boksçuların Avropa olimpiya təsnifat turniri başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, yarışın 6-cı günündə rinqə çıxan 5 idmançıdan 4-ü Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

56 kq-da ölkəmizi təmsil edən Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşıb. Rəqibini tam üstünlüklə məğlub edən dünya çempionumuz, finala yüksəlib. Yana Alekseyevna (60 kq), Lorenzo Sotomayorun (64 kq), ardınca Məhəmmədrəsul Məcidov (+91 kq) da Rioya vəsiqəyə sahib olublar.

Təəssüflər olsuin ki, 91 kq-da mübarizə aparan Abdulqədir Abdullayev böyük britaniyalı Lorens Okoli ilə qarşılaşmada məğlub olub. Final döyüşləri sabah keçiriləcək.

Həmin kateqoriyadan